“ABŞ Bakı ilə İrəvan arasında sülh müqaviləsinə nail olmaq üçün fəaliyyətini davam etdirir”
“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə nail olmaq üçün fəaliyyətini davam etdirir”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.
“Azərbaycan və Ermənistan sülh müqaviləsi istiqamətində mühüm irəliləyişə nail olmaqda davam edir. Biz bu prosesi dəstəkləməyə sadiqik. Sülh vaxtıdır və biz razılığa gəlmək üçün işləməyə davam edirik”, - M.Miller bildirib.