Metronun Memar Əcəmi stansiyasının bir çıxışı müvəqqəti bağlanacaq

Xəbərlər

06.01.2026 - 23:03

Stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır

“Bakı Metropoliteni” QSC tərəfindən Yaşıl xətt üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir. AYNA.AZ xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilib ki, 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vurmuş, eləcə də korroziyanın təsirlərinə məruz qalmış kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.

Təmir işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş