Metroda “Bənövşəyi” xətt üzrə stansiyalarda interval azaldılır

Xəbərlər

24.10.2025 - 22:21

“Avtovağzal”-“8 Noyabr” mənzilində qatarların hərəkət intervalı 8 dəqiqədən 5 dəqiqəyə endirilib

Bakı metrosunda “Bənövşəyi” xətt üzrə stansiyalarda qatarların hərəkət intervalı azadılır. AYNA.AZ APA-ya istinadən bildirir ki, “Avtovağzal”-“8 Noyabr” mənzilində qatarların hərəkət intervalı 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

Metronun “Xocəsən” stansiyası istiqamətində isə qatarların hərəkət intervalı 16 dəqiqədən 10 dəqiqəyə kimi azaldılıb.

Xatırladaq ki, “Bənövşəyi” xətt üzrə hərəkət intervalının azaldılması test rejimində tətbiq edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş