Məşhur şirkətdən koronavirusla bağlı qorxunc hesabat

Maraqlı

07.02.2020 - 17:25

Çində virusdan ölənlərin sayı 24589, yoluxanların sayı isə 154023 nəfər kimi göstərilib


Çinin məşhur şirkəti “Tencent” öz internet səhifəsində ölkədə koronavirusla bağlı vəziyyəti əks etdirən məlumat yayıb. Məlumat ölkədə təşvişə səbəb olub.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, “Tencent”in yaydığı məlumatlara əsasən, Çində virusdan ölənlərin sayı 24589, yoluxanların sayı isə 154023 nəfər kimi göstərilib.

 

Bu göstəricilər rəsmi rəqəmlərdən 10 qat çox olduğundan böyük marağa səbəb olub. Ardınca şirkətin “data məlumatlar” bölməsindəki statistikada dəyişiklik olub, bu dəfə həmin rəqəmlər xeyli kiçildilib. Virusla bağlı ölüm faktı 269, yoluxma faktı isə 79808 nəfər kimi göstərilib.

 

Bu da son rəsmi rəqəmlərlə bağlı mənzərəni əks etdirmir. Çoxu bunu şişirtmə, bəziləri isə real statistika hesab edib.

 

Çinin bir qrup vətəndaşı isə nüfuzlu şirkətin səhifəsində belə ciddi səhvlərə yol verməsini dövlətin təzyiqi altında məlumatı yeniləməsi kimi izah edir.

 

Qeyd edək ki, son rəsmi məlumata görə, Çində 31 mindən çox adam virusa yoluxub, 638 nəfər isə ölüb.

Müəllif: Ayna.az