Azərbaycanlılar 28 ildən sonra Gövhər ağa məscidində cümə namazı qılıb
Azərbaycanlılar 28 ildən sonra ilk dəfə Şuşada, Gövhər ağa məscidində cümə namazı qılıb. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.
Qeyd edək ki, Azərbaycan Ordusu 28 ildən sonra, bu il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edib.