FHN əməkdaşları şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü Elşən Sevdiyar oğlu İbişovun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.