Merz Ukraynaya “Taurus” raketlərinin tədarükü ilə bağlı suala cavab vermədi

Dünya

07.05.2025 - 13:54

Həkimlər Klinikalar SEO Xidməti

“Ukrayna Prezidenti Volodimir Zelenski mənə arxalana bilər”

 Almaniyanın yeni kansleri Fridrix Merz Ukrayna Silahlı Qüvvələrinə (AFU) uzun mənzilli “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb. AYNA.AZ xəbər verir ki, bu, onun hökumət başçısı kimi ZDF telekanalına verdiyi ilk müsahibələrindən birində baş verib.

Xüsusilə, raketlərin tədarükü ilə bağlı birbaşa suala Merz yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin “ona arxalana biləcəyini” söyləyib. Kansler böhran məsələsində Fransa və Böyük Britaniya ilə koordinasiyalı şəkildə hərəkət edəcəyini də vurğulayıb.

"Mən birlikdə hərəkət etməyimizi təmin edəcəyəm. Etdiyimiz hər şey birlikdə edilməli və əvvəlcədən müzakirə edilməlidir. Bu, yaxşı formatdır. Əgər biz Polşanı cəlb edə bilsək, bu, daha da yaxşı olar", - kansler deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş