“Bu, Yaxın Şərqi və bütün dünyanı daha təhlükəsiz edəcək"
Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan etməsini alqışlayıb. AYNA.AZ xəbər verir ki, Merz “X” səhifəsində yazıb ki, “bu, Yaxın Şərqi və bütün dünyanı daha təhlükəsiz edəcək”.
"Əgər bu atəşkəs ABŞ-ın İranın nüvə obyektlərinə qətiyyətli hərbi zərbələrindən sonra əldə olunarsa, bu, çox müsbət hadisə olardı. Bu, Yaxın Şərqi və bütün dünyanı daha təhlükəsiz edəcək", - kansler yazıb.
Merz həm İranı, həm də İsraili bu çağırışa əməl etməyə çağırıb. Almaniya kansleri NATO-nun bugünkü sammitində müttəfiqlərin vəziyyəti necə sabitləşdirməyi müzakirə edəcəyini də söyləyib.