Pakistanın sabiq Baş nazirinin qızı əyalətin qanunvericilik məclisinin 327 deputatından 220-nin səsini alıb
Pakistan Müsəlman Liqasının yüksək vəzifəli funksioneri Məryəm Nəvaz Şərif Pəncab əyalətinin Baş naziri seçilib.
AYNA xarici mediaya istinadən xəbər verir ki, Pakistanın sabiq Baş naziri Məhəmməd Nəvaz Şərifin qızı əyalətin qanunvericilik məclisinin 327 deputatından 220-nin səsini alıb.
Onun rəqibi olan Vahid Sünni Şurası partiyasının təmsilçisi Rəna Aftab Əhməd Xanın namizədliyini isə qanunverici orqanın yalnız 103 deputatı dəstəkləyib.
Beləliklə, Məryəm Nəvaz Şərif Pakistan tarixində ilk qadın Baş nazir olub.