Aprelin 1-nə Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 136,4 milyon ABŞ dolları təşkil edib
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. AYNA xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Qeyd edilib ki, bu il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 136,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 21,5 milyon dollar azdır.