Azərbaycan neftinin qiyməti 63 dollara çatır

İqtisadiyyat

13.02.2021 - 10:53

Neftin qiymətində bahalaşma müşahidə olunur 

 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,85 % artıb.

 

AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,77 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az