Ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq

İqtisadiyyat

09.01.2021 - 21:20

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Əli Əsədov sərəncam imzalayıb 

 

2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq.

 

AYNA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda öz əksini tapıb.

 

Sərəncamla, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi 2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb beş ay müddətində Nazirlər Kabinetinə təqdim edəcəklər.

Müəllif: Ayna.az