Notların ödəmə tarixi cari ilin noyabrın 23-dür
İyunun 8-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2100024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AYNA-ya verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 9,316.5388 (10.48 faiz) manat və 9,413.5370 (8.9 faiz) manat olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 89,530,000 manat olub. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,377.6961 (9.48 faiz) manat, orta ölçülmüş qiyməti isə 9383.0926 (9.39 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manatdır. Notların ödəmə tarixi 15.02.2024-cü ildir.
Bu gün, həmçinin Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2099024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,556.2706 (9.95 faiz) manat və 9,622.7871 (8.4 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82,260,000 manat olub. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,605.9634 (8.79 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,607.4898 (8.75 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manatdır. Notların ödəmə tarixi cari ilin noyabrın 23-dür.