Azərbaycan nefti bahalaşmaqdadır

İqtisadiyyat

20.04.2021 - 11:34

“Azeri Light”ın qiyməti 67 dollara yaxınlaşır

 

Azərbaycan neftinin qiyməti artmaqda davam edir. AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 0,24 ABŞ dolları və ya 0,36 faiz bahalaşıb.

 

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 66,52 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Müəllif: Ayna.az