Azərbaycanda benzin yenidən ucuzlaşacaq

İqtisadiyyat

30.04.2020 - 23:10

Yanacağın qiymətinin 0,10 manat ucuzlaşacağı gözlənilir 

 

Bu gecə saat 00:00-dan etibarən “Aİ-95” premium markalı benzinin qiyməti ucuzlaşacaq.

 

AYNA “Report”a istinadən xəbər verir ki, “Aİ-95” markalı yanacağın qiyməti 0,10 manat ucuzlaşaraq 1 manat 10 qəpik olacaq.

 

Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü.

Müəllif: Ayna.az