Brent markalı neftin qiymətində bahalaşma müşahidə olunub
Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.
AYNA xəbər verir ki, Brent markalı neftin qiyməti 15,29% artaraq bir barrelə görə 69,43 dollara çatıb. WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 14,74% artımla bir barrelə görə 62,88 dollar olub.
Qeyd edək ki, bu artım Səudiyyə Ərəbistanının neft infrastruktarlarına dron hücumlarından sonra baş verib.