Mərkəzi Banka yeni səlahiyyət verilir

Xəbərlər

27.10.2020 - 14:57

cedabet dərman SEO Xidməti

Sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də MB müdafiə edəcək

 

Azərbaycan Mərkəzi Bankına (MB) yeni səlahiyyət verilir. AYNA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, qanunun 7.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilib.

 

Bununla da sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək. Qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş