Mərkəzi Bank yenilənmiş 50 manatlıq pul nişanları tədavülə buraxıb

Xəbərlər

25.12.2025 - 12:29

Yenilənmiş əsginasın dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olanla eyni saxlanılıb

Bu gündən Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.

AYNA.AZ AMB-yə istinadla xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində, həmçinin “2025” istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Pulun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş