Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb

Xəbərlər

23.07.2025 - 10:36

Proqnozlara əsasən, növbəti iki ildə inflyasiya 6%-dən aşağı səviyyədə gözlənilir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.

AYNA.AZ AMB-yə istinadən xəbər verir ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir.

 

“Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır” - məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş