Kansler Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək
Almaniya kansleri Anqela Merkel Rusiya və Ukraynaya səfər edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Saybert məlumat verib.
Merkelin Moskvaya səfəri avqustun 20-ə gözlənilir. Səfər proqramının təfərrüatlarının gələn həftə açıqlanacağını deyən Saybert qeyd edib ki, kanslerin Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi dəqiqdir.
Eyni zamanda, Almaniya hökumətinin rəsmi nümayəndəsi bildirib ki, 22 avqustda Merkel Ukraynaya səfər edəcək.
Kreml Almaniya kanslerinin Moskvaya səfərini təsdiqləyib.
Qeyd edək ki, Merkel sonuncu dəfə 2018 -ci ilin mayında Rusiyaya rəsmi səfər edib və Rusiya lideri ilə Soçi şəhərində görüşü baş tutub.