Prezident Xarici İşlər naziri və Təhsil naziri ilə bağlı Sərəncam imzalayıb
Prezident İlham Əliyev Elmar Məmmədyarovun Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. AYNA-nın xəbərinə görə, Sərəncama əsasən, Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilib.
Prezidentin Ceyhun Bayramovun Təhsil naziri vəzifəsindən azad edilməsi haqqında da Sərəncam imzalayıb. Sərəncanma əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilib.
Prezidentin digər Sərəncamı ilə Ceyhun Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.