“Melissa” qasırğası Kubaya çatıb

Dünya

29.10.2025 - 15:32

Sahilyanı ərazilərdə yaşayan 750 min insan təxliyə edilib

Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya qədər zəifləyən “Melissa” qasırğası oktyabrın 29-da gecə saatlarında Kubanın şərqinə çatıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hakimiyyət orqanları yaxınlaşan qasırğa səbəbindən sahilyanı ərazilərdə yaşayan 750 min insanı təxliyə edib.

Sinoptiklərin məlumatına görə, hazırda Karib hövzəsinin şərqində yerləşən Santyaqo de Kuba əyalətinin Quam rayonunda küləyin sürəti saatda 195 kilometrə yaxındır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş