“Hər kəs ixtisas seçimini özü etsin”
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abiturieyntlərə və onların valideynlərinə müraciət edib.
AYNA-nın xəbərinə görə, DİM rəhbəri xatırladıb ki, sentyabrın 10-dan ali məktəblərə ixtisaas seçimi başlayacaq.
“Bütün abituriyentləri ixtisas seçimində diqqətli olmağa çağırıram. Məsləhətim budur ki, hər kəs ixtisas seçimini özü etsin, bunu kiməsə həvalə etməsin”, - deyə M.Abbaszadə söyləyib.