“Hər bir testin şəxsiyyət vəsiqəsi var"
"Dövlət İmtahan Mərkəzinin (DİM) apardığı işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil". AYNA.AZ xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, işlər çox ciddi şəkildə həyata keçirilir.
DİM sədri bildirib ki, mediada qurumun işini müzakirə edənlər sanki paralel həyatda yaşayırlar: “Mənə elə gəlir ki, bizim 30 ildir yazdığımızı heç kim oxumur. Hər bir testin şəxsiyyət vəsiqəsi var".