Məktəblərdə qış tətili olacaq - <font color=red> RƏSMİ</font>

Xəbərlər

21.01.2021 - 16:52

1 fevralda ikinci yarımillik başlayır

 

Yanvarın 27-də qış tətili başlayacaq. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu "Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları" barədə məlumat verən Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

 

Onun sözlərinə görə, 1 fevralda ikinci yarımillik başlayır.

 

Qeyd edək ki, yerki medianın məlumatına görə, fevralın 1-də Azərbaycanda məktəblərdə tədris başlayacaq. Sabah isə təhsil naziri Emin Əmrullayevin mətbuat konfransı keçirəcəyi, tədrislə bağlı bütün məsələlərə aydınlıq gətiriləcəyi bildirilir.  

Müəllif: Ayna.az