Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Xəbərlər

24.09.2020 - 11:17

cedabet dərman SEO Xidməti

Elektron qeydiyyat prosesi bu gün saat 17:00-dək davam edəcək

 

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi bu gün saat 17:00-dək davam edəcək.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

 

Xatırladaq ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş