60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub
Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunanların sayı 60 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib.
“Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanıb.