Məktəb direktoru olmaq istəyənlər üçün xəbər var

Xəbərlər

05.10.2020 - 16:40

cedabet dərman SEO Xidməti

Elektron sənəd qəbulu başa çatır

 

Direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu bu gün saat 23:59-da başa çatacaq. Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər bu linkə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

 

Müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər. Həmin şəxslərin müsabiqə üzrə elektron qeydiyyatı İnsan resursları şöbəsi tərəfindən həyata keçiriləcək və məlumatları araşdırıldıqdan sonra onların direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı təmin olunacaq.

 

Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılmış imtahan mərkəzlərində karantin rejiminin tələblərinə uyğun təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzləri sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş