Məktəb direktoru ilə bağlı cinayət işi başlanıb

Xəbərlər

05.04.2023 - 13:33

Təhsil müəssisəsində dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib

Təhsil müəssisəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə AYNA-ya Bərdə Rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş