Məişət cihazlarının təmiri sexində yanğın olub

Hadisə

16.02.2022 - 14:35

Həkimlər Klinikalar SEO Xidməti

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakının Nərimanov rayonunda ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli obyektin zirzəmisində fəaliyyət göstərən məişət cihazlarının təmiri sexində yanğın baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib. 

Qeyd olunub ki, yanğın nəticəsində obyektin tavanı və içərisindəki əşyaların bir qismi yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş