Mehriban Əliyeva: “Bu, neqativ hallara qarşı mübarizədə mühüm silahdır”

Xəbərlər

21.05.2021 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Birinci vitse-prezident Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə paylaşım edib

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində 21 may - Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə paylaşım edib.

 

AYNA-nın xəbərinə görə, paylaşımda deyilir: "Bu gün 21 may — Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür. Bu gün dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Məhz humanitar əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, onu anlamaq, mahiyyətinə varmaq, kömək etmək cəhdləri müasir dünyamızın tez-tez üzləşdiyi ksenofobiya və terrorizm kimi neqativ hallara qarşı mübarizədə çox mühüm silahdır. Mən dünyanın bütün xalqlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün ölkələrə firavanlıq, sülh, əmin-amanlıq və təhlükəsizlik arzulayıram!".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş