“Mehr”: SEPAH Bubiyan adasında ABŞ və İsrail qüvvələrinə qarşı əməliyyat keçirib

Dünya

28.03.2026 - 13:22

Hücumda çox sayda ABŞ dəniz piyadası həlak olub, yaralılar isə xəstəxanaya yerləşdirilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bubiyan adasında (Küveyt) ABŞ və İsrail qüvvələrinə qarşı əməliyyat keçirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

"SEPAH dəniz qüvvələri müxtəlif dağıdıcı dronlar və ballistik raketlərdən istifadə edərək gözlənilməz birləşmiş hücuma keçərək Bubiyan adasında bir neçə Amerika-sionist terrorçu konsentrasiyasını vurub", - deyə qeyd olunub.

Məlumatda vurğulanıb ki, hücumda çox sayda ABŞ dəniz piyadası həlak olub, yaralılar isə xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş