Məhkəmə Rüfət Səfərov barəsində qərar verib

Xəbərlər

04.12.2024 - 20:28

Həkimlər Klinikalar SEO Xidməti

Hüquq müdafiəçisi barədə 4 aylıq həbs qərarı verilib

Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qəyimkan tədbiri seçilib. AYNA bildirir ki, bu barədə vəkili Cavad Cavad məlumat verib.

Daxil olan vəsatətə bu gün Binəqədi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb.

Rüfət Səfərova Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə ) və (221.1-ci xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Hüquq müdafiəçisi Rüfət Səfərov dünən saxlanılıb.

Müəllif: Ayna.az