Məhbuslara tətbiq ediləcək nəzarət cihazı parlamentdə nümayiş olunub

Xəbərlər

25.06.2020 - 12:23

Cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır

 

Milli Məclisin bu gün keçirilən iclasında Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, qanun layihəsinin təqdimatilə çıxış edən millət vəkili Kamal Cəfərov bir sıra məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydasını nümayiş etdirib.

 

Millət vəkili qeyd edib ki, cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır. Deputat cihazı gün ərzində bir dəfə bir saat elektrik enerjisi ilə təmin etmək üçün müvafiq avadanlığı da nümayiş etdirib: “Cihaza qulluq da yalnız bundan, yəni gündə bir dəfə elektrik enerjisi ilə doldurulmasından ibarətdir”.

 

Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşda parlamentdə müzakirəsi zamanı cihazlara qulluğun necə həyata keçiriləcəyi barədə məsələ qaldırılmışdı.

 

Müəllif: Ayna.az