“Biz heç kimin onu məhv etməsinə icazə verməyəcəyik”
“Rusiyanı heç kim məhv edə bilməz”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Konstitusiya Günü ərəfəsində məktəblilər və tələbələrlə görüşündə deyib.
Medvedyev qeyd edib ki, Rusiya ədaləti və vaxtilə Rusiya dövlətini yaradan idealları müdafiə edir: “Biz heç kimin onu məhv etməsinə icazə verməyəcəyik. Kim bunu nə qədər istəsə də, alınmayacaq”.
Bundan əvvəl Medvedev vurğulayıb ki, Qərb dövlətləri əslində Rusiya ilə hərbi münaqişəyə giriblər.