Medvedevdən nüvə silahından istifadə barədə açıqlama: “Rusiyanın buna hüququ var”

Dünya

27.09.2022 - 12:04

Həkimlər Klinikalar SEO Xidməti

“Lazım gələrsə, Rusiyanın nüvə silahından istifadə etmək hüququ var”

“Lazım gələrsə, Rusiyanın nüvə silahından istifadə etmək hüququ var”. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Siyasətçinin fikrincə, bu, Rusiya üçün təhlükənin “müəyyən edilmiş təhlükə həddini” keçdiyi halda mümkündür.

“Rusiyanın lazım gələrsə, nüvə silahından istifadə etmək hüququ var. Əgər biz və ya müttəfiqlərimiz bu tip silahlardan istifadə edilməklə hücuma məruz qalarsa, istifadə edəcəyik”, Medvedev qeyd edib.

Medvedev vurğulayıb ki, nüvə silahından istifadə nüvə silahının qarşısının alınması sahəsində Dövlət Siyasətinin Əsaslarına uyğun olaraq baş verəcək.

“Rusiya bu tip silahlardan istifadə edərsə, Qərb bu faktla barışmağa məcbur olacaq”, - siyasətçi əlavə edib.

Bundan əvvəl ABŞ rəsmisi Karine Jan-Pyer bildirmişdi ki, Birləşmiş Ştatlar Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranarsa, nüvə silahından istifadə ehtimalı ilə bağlı təhdidlərini ciddi qəbul edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş