“MediHall Hospital'”da ölüm faktı araşdırılır

Xəbərlər

16.02.2026 - 16:21

Baş Prokurorluq məlumat yayıb

Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

AYNA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş