MEDİA ilə Sinxua agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Xəbərlər

31.08.2025 - 20:55

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən AYNA.AZ-a bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.

Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda iclas, seminar, praktiki məşğələ, təlim, konfrans və digər bu kimi tədbirlərin təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş