Matviyenko: “Bəyanata zidd olacaq hərəkət böyük faciəyə səbəb ola bilər”

Siyasət

01.03.2021 - 22:13

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı Üçtərəfli Bəyanata əməl etməsinə ümid edir”

 

“Rusiya, İrəvan hadisələrindən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı Üçtərəfli Bəyanata əməl etməsinə ümid edir”. AYNA xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “RİA Novosti”yə müsahibəsində deyib.

 

Matviyevko deyib ki, Rusiya Ermənistan liderlərinin məsuliyyətli olduqlarına ümid edir: “Buna çox inanırıq. Ermənistanda hansı hadisələrin baş verməsindən asılı olmayaraq Dağlıq Qarabağla bağlı Üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsində davamlılıq olmalıdır. Bəyanata zidd olacaq hər hansı bir hərəkət, hər hansı bir addım böyük bir faciəyə səbəb ola bilər. Əlbəttə, buna yol vermək olmaz”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş