Mask ABŞ-ın NATO-ya sərmayə qoymasından qəzəblənib

Dünya

26.07.2024 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

“Nə üçün Amerika vergi ödəyiciləri Avropanın müdafiəsi üçün pul ödəyirlər”

ABŞ-ın Şimali Atlantika Alyansına sərmayəsi digər NATO üzvlərindən absurd dərəcədə yüksəkdir. AYNA xəbər verir ki, bu barədə amerikalı sahibkar və milyarder İlon Mask özünün “X” sosial şəbəkəsində bildirib.

“NATO-ya gəldikdə, ABŞ-ın verdiyi töhfə digər müttəfiqlərdən absurd dərəcədə yüksəkdir. Nə üçün Amerika vergi ödəyiciləri Avropanın müdafiəsi üçün pul ödəyirlər. Halbuki Avropa özü bunu tam şəkildə yerinə yetirməyə qadirdir?”, – deyə bildirib.

Fevral ayında keçmiş Amerika lideri və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp seçkiqabağı mitinqində Rusiyanın blok daxilində maliyyə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrinə hücumlarını təşviq etmək planlarını açıqlamışdı. Beləliklə, o, Alyans üzvlərinin müdafiə üçün ÜDM-in iki faizinin ayrılması ilə bağlı razılaşmalara riayət edilməsinin vacibliyini vurğulayıb.

Trampın bu sözləri Avropa Birliyinə (Aİ) üzv olan dövlətlərin narahatlığına səbəb olub və onlar hətta NATO-ya alternativ yaratmaq imkanını müzakirə etməyə başlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş