Öldürülən qadının həyat yoldaşı polisə təslim olub
Avqustun 24-də 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü Səkinəxanım Vaqif qızı İsaqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı, 1995-ci il təvəllüdlü Elnur Nurəli oğlu Musayev könüllü şəkildə polisə təslim olub və o, saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.