Masazırda 38 yaşlı qadın qətlə yetirilib

Hadisə

30.01.2025 - 17:28

Həkimlər Klinikalar SEO Xidməti

Qadının dayısı şübhəli şəxs qismində saxlanılıb

Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Abşeron Rayon Prokurorluğundan AYNA-ya bildirilib ki, bu gün 30-u saat 13 radələrində rayon ərazisində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş