Masallıda 52 yaşlı kişi güllələnib

Xəbərlər

17.12.2021 - 21:54

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib

Masallıda güllələnmə hadisəsi baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qarğalıq kəndində baş verib.

Belə ki, 1969-ci il təvəllüdlü Ağamalıyev Balayar Fətulla oğlu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona döş qəfəsinin sol nahiyəsinin odlu silah yarası diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, B.Ağamalıyev Bakıda yaşayır. Qarğalıq kəndində yeni ev tikdiyindən qardaşı ilə aralarında münaqişə yaranıb. Hadisə də həmin həyətdə baş verib. Lakin hadisənin təfərrüatı hələlik məlum deyil. Onun necə və kim tərəfindən vurulduğunu görən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş