Masallıda 44 yaşlı qadın qətlə yetirilib

Hadisə

30.07.2023 - 22:11

Həkimlər Klinikalar SEO Xidməti

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur

İyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan AYNA-ya bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş