Masallı sakinləri qanunsuz saxladıqları silahları polisə təhvil veriblər

Xəbərlər

11.12.2023 - 19:43

6 ədəd müxtəlif markalı ov tüfəngi könüllü olaraq təhvil verilib

Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional bildirilib.

Qeyd olunub ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 6 ədəd müxtəlif markalı ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Müəllif: Ayna.az