Martın 8-də Bakı-Ağstafa qatarlarına reyslərin sayı artırılacaq

Xəbərlər

06.03.2024 - 16:31

cedabet dərman SEO Xidməti

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart Günü ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatını təmin etmək məqsədilə əlavə qatar reysləri təyin edir. AYNA xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, qatar saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:45-də isə Ağstafadan Bakıya yola düşəcək.

Qeyd olunub ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş