Emmanuel və Brijit Makron Pas-de-Kaledəki villalarını satmaq qərarına gəliblər
Fransa Prezidenti Emmanuel Makron və xanımı Brijit Pas-de-Kale bölgəsindəki villalarını satmağa hazırlaşır. AYNA xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
“Emmanuel və Brijit Makron Pas-de-Kaledəki villasını satmağa hazırlaşırlar”, - məlumatda qeyd olunub.
Bildirilir ki, villa Brijit Makronun atasından miras qalıb.
Nəşrin məlumatına görə, daşınmaz əmlak agentləri “potensial satıcılara və alıcılara hörmət” əsas gətirərək villanın satışı ilə bağlı şərh verməkdən imtina ediblər.
Yelisey sarayının Mətbuat Xidmətindən isə bildirilib ki, bu məsələ “ər-arvadın şəxsi həyatına” aiddir.
Məlumat müəllifləri qeyd ediblər ki, Makron ailəsi villadan qurtulmağı planlaşdırır, çünki o, izdihamlı ərazidə yerləşir və cütlük “sakitlik” istəyir.
Bundan əlavə, Le Figaro əlavə edib ki, 2011-ci ildə Fransanın gələcək rəhbəri təmir işləri aparmaq üçün 350 min avroya 15 illik kredit götürüb.