Avropaya səfər etmək istəyənlərin diqqətinə!

Maraqlı

23.04.2020 - 13:52

Sərhədlərin açılması ilə bağlı təqribi qrafiklər müəyyən edilib

 

Avropadakı karantin rejimindən sonra ayrı-ayrı ölkələrin xarici vətəndaşları hansı tarixdən qəbul edəcəyi açıqlanıb. Almaniyada yaşayan azərbaycanlı iş adamı Rəşad Quliyevin AYNA-ya verdiyi məlumata görə, aprelin 22-də Avropa ölkələrinin başçıları ilə Avropa Komissiyası arasında aparılan müzakirələrdə sərhədlərin açılması ilə bağlı təqribi qrafiklər müəyyən edilib.

 

Nəticədə avtomobil alqı-satqısı ilə məşğul olanlar və Avropaya turist səfəri planlaşdıranlar bu tarixdən etibarən səfər edə biləcəklər:

 

Avstriya - Almaniya, İtaliya, İsveçrə, Lixtenşteyn, Macarıstan və Sloveniya ilə sərhədini noyabrın 11-nə kimi bağlı saxlayacaq.

 

Belçika - Ölkəyə giriş mayın 8-nə kimi qadağandır.

 

Almaniya - Avstriya ilə quru sərhədi noyabrın 11-nə kimi, İsveçrə, Fransa, Lüksemburg, Danimarka, İtaliya və İspaniya ilə isə quru və hava sərhəddi hələlik 5 maya kimi bağlı saxlayacaq. Bu qərar sonradan sentyabrın 15-ə kimi uzadıla bilər.

 

Portuqaliya və Estoniya - sərhədlər 1 may tarixinə kimi bağlıdır.

 

Norveç - ölkəyə giriş avqustun 13-nə kimi qadağandır.

 

Danimarka - Almaniya, İsveç, Norveçlə quru və dəniz sərhədini noyabrın 12-nə kimi bağlı saxlayacaq.

 

Çexiya və Polşa – sərhədlər hələlik mayın 1-ə kimi bağlı saxlanılacaq.

 

“Bağlı olan sərhədlərdən keçid yalnız müəyyən istisnalarla olacaq. Belə ki, gediləcək ölkədə yaşayış icazəsi olan, işləyən və ya 1-ci dərəcəli ailə üzvləri olan şəxslər və yük avtomobilləri sərhəd-keçid məntəqələrindən keçə bilərlər. Turistik viza ilə həmin ölkələrə giriş və tranzitdən istifadə tamamilə qadağandır. Bundan əlavə, Avropa Komissiyası Şengen müqaviləsinə daxil olmayan 3-cü ölkələrdən (Azərbaycan da bura aiddir) Avropa ölkələrinə girişi sentyabrın 15-nə kimi qadağan etmək niyyətindədir”, - R.Quliyev bildirib.

Müəllif: Ayna.az