Makron: “Ukraynada sülhə nail olmaq avropalıların iştirakı olmadan mümkünsüzdür”

Dünya

14.02.2026 - 15:07

“Tam şəffaflıq təmin edən Rusiya ilə birbaşa əlaqə kanalı yaratmaq qərarına gəldim"

Fransa Prezidenti Emmanuel Makron "Rusiya ilə birbaşa əlaqə kanalı" yaratmaq qərarını açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Münxen Təhlükəsizlik Konfransında çıxış edən Makron Ukraynada sülhə nail olmağın "avropalıların iştirakı olmadan mümkün olmadığını" bildirib.  

“Buna görə də, Ukrayna, Avropa tərəfdaşlarımız və Amerika müttəfiqlərimiz üçün tam şəffaflıq təmin edən Rusiya ilə birbaşa əlaqə kanalı yaratmaq qərarına gəldim", - deyə o bildirib.

Makron əvvəllər Rusiya Prezidenti Vladimir Putinlə dialoqun bərpasının vacibliyini bildirmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş