Gürcüstanın xarici işlər naziri ilk rəsmi səfərini ölkəmizə edəcək
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün ilk rəsmi səfərini Azərbaycana edəcək.
AYNA gürcü mediasına istinadən bildirir ki, səfər çərçivəsində xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.
Boçorişvili həmçinin Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, 10-cu iclasında iştirak edəcək.